PDF Oxu

Cəmiyyət

  • 2 676

20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş virtual sərgi istifadəçilərə təqdim edilib

image

Azərbaycan tarixinin ən faciəli hadisələrindən olan, eyni zamanda xalqımızın azadlıq və müstəqillik mübarizəsinin növbəti qəhrəmanlıq səhifəsi hesab edilən qanlı 20 Yanvar hadisəsindən 35 il ötür. Bu münasibətlə Milli Kitabxanada 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "20 yanvar – Qəhrəmanlıq və qürur günümüzdür!" adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib. Kitabxanadan SİA-ya bildirilib ki, virtual sərgidə bu faciəni əks etdirən fotolar, unudulmayan tarix, tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi – 20 Yanvar faciəsi, qanlı hadisələrə ilk kəskin etiraz edən Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi, Bakıda törədilmiş faciə haqqında dövri mətbuatda çap olunan məqalələr, Milli Kitabxananın fondunda mühafizə olunan Azərbaycan və xarici dillərində ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə https://anl.az/el/vsb/20_Yanvar_Qurur_gunumuz/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

Digər xəbərlər

Qarın ağrısından şikayət edən kişiyə beyin şişi diaqnozu qoyulub...

Qeyri-adi simptomlar həkimləri uzun müddət çaşdırmışdı...

Cənubi Koreyanın bir şəhərində 17 ildən sonra ilk dəfə körpə dünyaya gəlib...

Yerli hakimiyyət orqanları tədbiri şəhər üçün “xüsusi hədiyyə” adlandırıblar...

Alimlər təsadüfən qurğuşunu qızıla çevirdilər...

Böyük partlayışı simulyasiya edərkən,..amma, cəmi qramın 29 trilyonda biri qədər

Şəkəri olanlar hansı dənli bitkiləri yeməlidir?

Endokrinoloq qlükoza mübadiləsi pozğunluğu olan insanların pəhrizinə hansı dənli məhsulların daxil edilə biləcəyini və sağlamlığın sabit qalmasına kömək edə biləcəyini izah edib