Fevralın 8-də ictimai xadim, araşdırmaçı-publisist, ilahiyyatçı “Mədəni Niyyət” qəzetinin təsisçi və baş redaktoru Hacı Rahim İsmayılovun təşkilatçılığı ilə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda edərək müqəddəslik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlərin növbəti məclisi keçirilib.
Budəfəki tədbir, eyni zamanda, fevral ayının müxtəlif gününə təsadüf edən, Həzrəti Məhəmmədin (s) övladları İmam Hüseyn (s), İmam Zeynalabidin, Həzrəti Əbəlfəzlil Abbas və İmam Zamanın (ə.f) səadətli mövludları ilə üst-üstə düşdüyündən, məclisin əhəmiyyətini daha da artırıb. Mənəvi dəyərlərə həsr olunmuş məclis Allahın müqəddəs kəlamı – “Qurani-Kərim”dən müxtəlif ayələrin oxunuşu ilə başlayıb.Sonra Azərbaycan torpaqları uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir ilahi musiqi sədaları altında mədəni-ictimai proqramla davam etdirilib.Məclisi giriş sözü ilə açan Hacı Rahim İsmayılov şəhid analarını, ailə üzvlərini, qaziləri, mötəbər qonaqları salamladı, tədbirin məramı haqqında məlumat verib. Tədbirdə ilahiyyatçı alimlər, ilahi musiqi ifaçıları, şairlər və yazıcilar, tanınmış ictimai xadimlər, tele-aparıcılar, jurnalistlər, QHT sədrləri və nümayəndələri çıxış ediblər.Natiqlər Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətinin nəticəsi olaraq xalq -rəhbər birliyinin zirvəsi sayılan Qarabağ müharibəsində qazanılan Zəfəri yüksək dəyərləndiriblər.Tədbirin xüsusi qonaqları sayılan şəhid analarının, qazilərin çıxışı məclisi daha da nüfuzlu edib. İştirak edən balacalara ünvanlanmış öyrədici-məlumatlandırıcı sual-cavab hissəsi də bütün istirakçıların ürəyincə olub. Sonda qonaqlara, şəhid analarına və iştirakçılara müxtəlif hədiyyələr verilib. Milli-mental dəyərlərə sosial-mənəvi dəstək verdiklərinə görə, bir neçə tele-aparıcı, jurnalist, ictimai xadim, sosioloq, ilahiyyatçı və din xadimi “Mədəni Niyyət” media orqanı tərəfindən “İlin Fəxri Diplom” ilə təltif olunub.Möhtəşəm tədbir ehsan süfrəsi arxasında davam etdirilib.
Kiyevdə işdən çıxarılan bədii rəhbərin müdafiəsi üçün keçirilən aksiya striptiz və polislə toqquşma ilə başa çatıb.