Ağdam Sənaye Parkı qısa müddət ərzində yaradılmasına baxmayaraq, ölkədə hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük park hesab edilir. SİA-nın məlumatına görə, İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib ki, Ağdam Sənaye Parkında indiyədək 28 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Bu müəssisələr tərəfindən Sənaye Parkına 250 milyon manatdan çox investisiya yatırılması və 2000-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sahibkarlar tərəfindən Sənaye Parkında görülmüş işlərə 107 milyon manatdan çox investisiya yatırılıb, 457 daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir.
190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsulların daxili bazara satışı ilə yanaşı, ixracı istiqamətində də uğurlar əldə olunub. Sənaye Parkının rezidentləri tərəfindən 22,3 milyon manatlıq məhsul satışı edilib.
Parkda hazırda 10-a yaxın müəssisənin qurulması istiqamətində tikinti işləri aparılır.
Beyin sadəcə ona çatmaq imkanı əldə edir...
Böyük partlayışı simulyasiya edərkən,..amma, cəmi qramın 29 trilyonda biri qədər
Bu beş modeli öldürmək mümkün deyil...
Endokrinoloq qlükoza mübadiləsi pozğunluğu olan insanların pəhrizinə hansı dənli məhsulların daxil edilə biləcəyini və sağlamlığın sabit qalmasına kömək edə biləcəyini izah edib