Dünən Prezidentin kəndimizə gəlməsi bizim üçün böyük sevinc oldu. Prezidentlə səmimi söhbət etdik. Çox şadıq ki, dövlətimizin başçısını doğma kəndimizdə qarşıladıq. SİA-nın məlumatına görə, bu sözləri Ballıca kəndinin sakini Teymur Əzimov deyib.
O bildirib ki, doğulub-böyüdüyü, uşaqlığının keçdiyi Ballıca kəndinə yenidən qayıtdığı üçün çox xoşbəxtdir: "Ballıca kəndinə doğulub-böyümüşəm. Köçkünlük dövrünə qədər bu kənddə yaşamışam. Artıq öz Vətənimizə, torpağımıza qayıtmışıq. Uşaq vaxtı Ballıca kəndində oxuduğum məktəbə indi müəllim kimi gəlmişəm. Buna görə çox sevinirəm. İndi Ballıca kəndi inkişaf edir. Bizim üçün burada hər cür şərait yaradılıb. Bu gözəl günləri bizə yaşatdığına görə Ali Baş Komandana, Ordumuza təşəkkür edirəm. Şəhidlərə rəhmət, qazilərə şəfa diləyirəm".
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kəndə köçən bir qrup sakinlə görüşüb.