Qax rayonunda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. SİA-nın məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Ləkit kəndində baş verib. 1986-cı il təvəllüdlü Vaqif Süleymanov, onun həyat yoldaşı 1988-ci il təvəllüdlü Röyanə Süleymanova və ailənin 15, 13, 7 yaşlı övladları zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Onların evdə işıq generatorundan ayrılan dəm qazından zəhərlənmələri məlum olub. Zəhərlənən şəxslərə lazımi tibbi yardım göstərilib, bu gün xəstəxanadan evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...
Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...