PDF Oxu

Cəmiyyət

  • 2 952

Omega-3 qəbulu ilə bioloji qocalma arasında mühüm əlaqə müəyyən edilib

image

Beynəlxalq elmi qrup tərəfindən aparılan yeni araşdırma müntəzəm Omega-3 qəbulu ilə bioloji qocalma arasında mühüm əlaqə müəyyən edib. SİA-nın məlumatına görə, aparılan tədqiqatda 777 nəfər yaşlı isveçrəlinin üç il ərzində klinik göstəriciləri təhlil olunub.

Tədqiqat nəticələrinə əsasən, gündə bir qram Omega-3 qəbul edən insanlarda bioloji qocalma bu əlavəni qəbul etməyənlərlə müqayisədə dörd ayadək ləngiyib. Bundan əlavə, D vitamini əlavələri qəbul edən və həftədə ən az üç dəfə 30 dəqiqə fiziki aktivliklə məşğul olan iştirakçılar daha çox müsbət təsir müşahidə ediblər. Mütəxəssislər diqqətə çatdırıblar ki, Omega-3 ehtiva edən pəhrizlər iltihabın azalması, oynaq sağlamlığının yaxşılaşması, ürək xəstəlikləri, xərçəng və demans riskinin aşağı olması ilə əlaqələndirilir.

Digər xəbərlər

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var