Ağcabədidə 5 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlayıb. SİA xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlayıb, müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, ötən gün hadisə rayonun Xocavənd kəndi ərazisində baş verib.
"Mercedes", "Hyundai" və "VAZ" markalı avtomobillərin iştirakı ilə zəncirvari qəza baş verib.
Nəticədə 1990-cı il təvəlldlü Hüsiyev Vüsal Məmməd oğlu, 1991-ci il təvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və 2002-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğlu hadisə yerində ölüb.
Qəzada 5 nəfər isə müxtəlif növ bədən xəsarətləri alıb.
Alimlər spirtli içki qəbul etməzdən əvvəl onu yeməyi məsləhət görürlər...
...21-ci əsrin sonuna qədər dövlətlər arasında sərhədlər olmayacaq və insanlar başqalarının torpaqları uğrunda mübarizəni dayandıracaqlar?