PDF Oxu

Cəmiyyət

  • 2 529

Füzulidə narkokuryerlik edən șəxs saxlanılıb

image

Füzuli rayonunda İran vətəndaşı vasitəsilə narkokuryerliyə cəlb olunan şəxs tutulub. SİA xəbər verir ki, DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Elçin Abbaslı saxlanılıb.

E.Abbaslıdan 9 kiloqram 720 qram marixuana, 3 kiloqram 500 qram tiryək və 100 ədəd metodon həbi aşkarlanıb.

O, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə narkokuryerliyə cəlb olunduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. E.Abbaslı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var