PDF Oxu

Cəmiyyət

  • 3 487

"Boz iqtisadiyyat”ın leqallaşdırılması istiqamətində mühüm irəliləyişlər əldə edilib

image

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "boz iqtisadiyyat"ın leqallaşdırılması və iqtisadiyyatda şəffaflığın təmin edilməsi istiqamətində mühüm irəliləyişlər əldə edib. SİA xəbər verir ki, bunu DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bu gün Bakıda III dəfə keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi"ndə deyib.

Onun sözlərinə görə, son illərdə həyata keçirilən islahatlar iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun şəffaflaşmasına və inkişafına ciddi töhfə verib:

"Bu gün iqtisadi inkişafa töhfə verməyin ən vacib şərtlərindən biri fiskal dayanıqlığın təmin edilməsi, biznes subyektlərinin şəffaf fəaliyyətinin təşviq edilməsi və vergi siyasəti vasitəsilə məşğulluğun artırılmasıdır. Hədəfimiz sahibkarlıq mühitini daha əlverişli etmək və vergi ödəyicilərinin könüllü ödənişlərini təşviq etməklə iqtisadi aktivliyi artırmaqdır".

N. İmanov qeyd edib ki, son altı ildə aparılan islahatlar qeyri-neft sektorunun özəl bölməsində məşğulluğun artmasına ciddi təsir edib. Onun sözlərinə görə, bu sektorda məşğulluq 82 %-dən çox artıb, əməkhaqqı fondu 2,7 dəfə böyüyüb, aktiv vergi ödəyicilərinin sayı 2019-cu illə müqayisədə 1,8 dəfə artıb, ƏDV ödəyicilərinin sayı isə 3 dəfəyə yaxın yüksəlib.

"Bu göstəricilər sahibkarlığın inkişafı və iqtisadiyyatın şəffaflaşması istiqamətində atılan addımların uğurlu nəticəsidir. Vergi xidməti olaraq yeni dövrdə fəaliyyətimizi daha iddialı və hədəfyönlü siyasətlə davam etdirmək niyyətindəyik", - deyə o əlavə edib

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...