PDF Oxu

Cəmiyyət

  • 3 235

Azərbaycanda hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb

image

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmilərin Hərəkətini İdarəetmə Mərkəzinin (GHİM) mütəxəssisləri gücləndirilmiş iş rejimində işləyir. SİA xəbər verir ki, bu barədə DDLA-dan məlumat verilib.

"Hazırda Azərbaycanın bütün dəniz limanlarından gəmilərin giriş-çıxışına qadağa qoyulub. Xəzər dənizində şimal-qərb və şimal küləyinin güclənəcəyi, bəzi yerlərdə küləyin sürətinin 30 m/s-yə çatacağı, dalğanın hündürlüyünün isə 5,5 metrə çatacağı gözlənilir.

Çətin hava şəraiti nəzərə alınaraq dənizdəki bütün gəmilər xüsusi sığınacaqlara yerləşdirilib və operatorların daimi nəzarəti altındadır. Azərbaycanın ərazi sularında faktiki vəziyyətə nəzarət etmək məqsədilə Milli Dəniz Administrasiyası Mərkəzi küləyin istiqaməti və gücünə, dalğaların hündürlüyünə və görünmə məsafəsinə daim nəzarət edir. Mərkəzin mütəxəssisləri külək zəifləyənə qədər məlumat mübadiləsini və gəmilərin hərəkətinin tənzimlənməsini davam etdirəcəklər", - agentlikdən bildirilib.

Qeyd edək ki, hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında - 4, Aran rayonlarında -3, Naxçıvan MR-da -10, dağlıq rayonlarda isə -20 dərəcəyədək şaxta qeydə alınıb.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...