PDF Oxu

Cəmiyyət

  • 2 617

Martın 8-də rəqəmsal SAT imtahanı keçiriləcək

image

Martın 8-də rəqəmsal SAT imtahanı keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. DİM imtahan verəcək namizədlərdən qeydiyyatdan keçdikləri test mərkəzinə xüsusilə diqqət yetirmələrini və imtahan üçün buraxılış vərəqələrində göstərilən müvafiq ünvana yaxınlaşmalarını xahiş edir.

İmtahanın keçiriləcəyi ünvanlar:

-Akademik Həsən Əliyev küçəsi, 299 (TC60129)

-Süleyman Sani Axundov küçəsi, 50 (TC56582)

İmtahan verəcək şəxslər saat 07:15-dən gec olmayaraq tələb olunan aşağıda qeyd olunan sənəd və vasitələrlə birlikdə qeydiyyatdan keçdikləri imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. Buraxılış vərəqəsi – "Admission Ticket";

3. "College Board"un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş gətirə bilərlər. Qaralama üçün vərəq imtahan mərkəzində verilir.

İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə gətirmək imkanı yoxdursa və o, "College Board"dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan mərkəzinə buraxılmayacaq.

İmtahanla bağlı ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...