PDF Oxu

Cəmiyyət

  • 2 836

Qazax Milli Tədqiqat Texniki Universitetinin rektoru BDU-da olub

image

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin (QMTTU) rektoru Meyram Beqentayev arasında görüş keçirilib. SİA-nın məlumatına görə, BDU-dan bildirilib ki, görüşdə iki ali təhsil müəssisəsi arasında qurulmuş tərəfdaşlıq əlaqələrini genişləndirmək, birgə layihələr həyata keçirməyə dair fikir mübadiləsi aparılıb.

Rektor Elçin Babayev QMTTU ilə əməkdaşlığın hər iki ölkənin elmi gələcəyinə böyük töhfə verdiyini vurğulayıb, "Neft kimyası" ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramının uğurla icra olunduğunu bildirib. BDU rektoru daha çox nəticələrə nail olmaq üçün birgə elmi tədqiqatlar aparmağı, akademik mobilliyin artırılmasını, hər iki universitetin müştərək konfranslar, seminarlar təşkil etməsini, bilik və təcrübə mübadiləsini gücləndirməsini, ortaq elmi-tədqiqat laboratoriyası, müasir texniki ixtisaslar üzrə birgə yeni ikili diplom proqramlarının yaradılmasını təklif edib.

Rektor Meyram Beqentayev BDU ilə əməkdaşlığın təhsil sahəsində innovativ layihələrin reallaşmasına, elmi mühitin daha da zənginləşməsinə yol açacağını bildirib. O, BDU rektorunun təkliflərinin hamısını qəbul etdiyini deyib.

Görüşün sonunda BDU və Qazax Milli Tədqiqat Texniki Universitetinin "Neft kimyası" ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramını uğurla başa vuran Zülfiyə Hüseynliyə hər iki ali məktəbin diplomları təqdim olunub.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...