PDF Oxu

Cəmiyyət

  • 2 887

“Azərbaycan qadınının milli təhlükəsizliyimizin qorunmasında rolu”

image

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında xüsusi təyinatlı təhsil müəssisələrinin xanım əməkdaşlarının iştirakı ilə "Azərbaycan qadınının milli təhlükəsizliyimizin qorunmasında rolu" mövzusunda elmi-praktik konfrans keçirilib.

SİA xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, konfransda çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev və Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev Azərbaycan qadınının xalqımızın mənəvi dəyərlərinin qorunmasındakı müstəsna xidmətlərindən danışıb, həyatın bütün sahələrində, o cümlədən ictimai-siyasi proseslərdə onların fəaliyyətinin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, ailə institutunun qorunub saxlanılmasında, sağlam və vətənpərvər ruhlu gənc nəslin yetişdirilməsində əvəzsiz xidmətləri olan Azərbaycan qadınları tarixin həlledici məqamlarında mətinlik nümunəsi göstəriblər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdə Azərbaycan qadının da payı var.

Natiqlər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan qadınına xas bütün müsbət keyfiyyətləri özündə cəmləşdirdiyini vurğulayaraq, Azərbaycan xanımının əsl siması olduğunu qeyd ediblər.

Konfransda FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə baş idarəsinin rəis müavini Hüsniyyə Babayeva, təhsil məsələləri üzrə sektor müdiri Cabir Həsənov, respublikamızın xüsusi təyinatlı ali təhsil ocaqlarının nümayəndələri, eləcə də professor-müəllim heyəti iştirak edib.

Tədbirdə iştirakçıların məruzələri dinlənilib, mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Sonra konfransda iştirak edən xanım iştirakçılara sertifikatlar, gül dəstələri və hədiyyələr təqdim olunub.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...