"Hər il olduğu kimi bu ildə ənənəvi olaraq Azərbaycanda Novruz tətili günləri 10-12 gün olacaq. Həmin Novruz günləri ərəfəsində Azərbaycana gələn əcnəbi və yerli turistlər xüsusən bölgələrə səfər edəcəklər. Hava şəraitini biz müşahidə etdiyimizə görə axıra qalan çovğunlu, qarlı, intensiv qar-yağışdan sonra gözəl, günəşli hava gözlənilir. Hava durumunu takib etdikdə biz bunu görə bilərik ki, Novruz tətillərində regionlarda hava daha mülayim, günəşli olacaq. Hesab edirəm ki, bu günəşli hava Azərbaycana gələn əcnəbi turistlər, eyni zamanda yerli turistlər üçün əlverişli olacaq. Xüsusəndə şimal bölgəsində Şəki, Qax, Quba, Qusar eyni zamanda Şəki, Qax, Zaqatala, Balakən və cənub bölgəsində Lənkəran, Masallı, Astara istiqamətlərində də turistlərin intensivliyini müşahidə edirik". Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, turistlərin psixologiyasında, statistikaya baxsaq görərik ki isti, günəşli havalarda gəzməyi daha çox planlayırlar: "Biz bunu uzun illərin statistikasında müşahidə edə bilərik. Bu gün həm Azərbaycana gələn turistlər, həm də Azərbaycandan gedən turistlər xüsusilə yay mövsümündə, isti vaxtlarda daha çox aktivliyini biz görə bilərik. Bu günki, gündə Azərbaycandan kənara gedən turistlər var. Novruz tətili günlərini nəzərə alsaq, isti ölkələrdən Dubay, Doha və eyni zamanda Sinqapur, Şri-Lanka kimi istiqamətlərə gedilir. Orta Asiya ölkələrindən xüsusən Özbəkistana daha çox gedilir. Türkiyənin İstanbul şəhərinə, Trabzon, Gürcüstana, Tiblisiyə, Avropa ölkələrində nisbətən mart ayları yağışlı hava müşahidə olunduğundan Avropaya böyük maraq göstərilmir. Avropa istiqamətində turistlərin intensiv getdiyi vaxt ən çox yeni il ərəfəsi və yay tətili günlərində olur. Çünki digər vaxtlarda ara-sıra yağışlar və əlverişsiz hava şəraiti olduğuna görə daha maraqsız görünür".
Ekspertin sözlərinə görə, bugün Azərbaycan turizmi get-gedə daha inkişaf edir: "Çünki Azərbaycanda yeni destenasiyalar var. Bu həm əcnəbi turistlər üçün, həm də yerli turistlər üçün daha əlverişlidir. İşğaldan azad olmuş ərazilərimiz yenidən tikilib istifadəyə verilir. Burada çox maraqlı, əyləncəli, eyni zamanda müalicəvi, gəzmək üçün daha maraqlı yerlər var. Ecazkar təbiətdə olan Zəngilan, Qubadlı, Füzuli, Laçın, Kəlbəcər, Şuşa, Xankəndi, Ağdərə, yəni işğaldan azad olunan ərazilərdə üç böyük hava limanı fəaliyyət göstərəcək. Bu beynəlxalq hava limanıdır. Gələcəkdə də bu beynəlxalq hava limanından istifadə edərək xaricdən bir başa həmin bölgələrə gələn turistlərin sayı da artacaq. Qışda qarın intensiv olmasına baxmayaraq yol infastrukturu ən yüksək səviyyədə qurulub-istifadə edilməsi də işğaldan azad olmuş ərazilərdə turizmin fəaliyyətini daha da inkişaf etdirir".