PDF Oxu

Cəmiyyət

  • 3 018

Abşeronda qanunsuz tikinti işlərinə qarşı mübarizə tədbirləri görülüb

image

Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində aparılan qanunsuz tikinti işlərinə qarşı mübarizə tədbirləri həyata keçirilib. SİA xəbər verir ki, rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən rayon ərazisində monitorinq keçirilərkən Saray, Masazır kəndlərində, o cümlədən Xırdalan şəhərində qanunvericiliyin tələblərinə uyğun olmayan inşa işlərinin həyata keçirildiyi aşkarlanıb. Belə ki, Saray və Masazır kəndlərində qeyri-qanuni fərdi yaşayış evlərinin tikintisi məlum olub. İnşa işləri dayandırılıb və tikilmiş hissə sökülüb.

Eyni zamanda, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 27-ci məhəllədə yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında qanunsuz olaraq qazıntı işlərinin aparılmasının qarşısı Abşeron RİH-in əməkdaşları tərəfindən alınıb. Əraziyə baxış zamanı məlum olub ki, vətəndaş tərəfindən heç bir icazəverici sənədlər əldə edilmədən gecə saatlarında binanın zirzəmi hissəsində qanunvericiliyin tələblərini pozmaqla ərazidə qazıntı işləri aparılıb. Bununla bağlı RİH əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, aparılan qeyri-qanuni fəaliyyət dayandırlıb, o cümlədən ərazinin əvvəlki vəziyyətinə qaytarılması istiqamətində işlər görülməkdədir. Görülmüş tədbirlər nəticəsində qazılmış hissə torpaqla örtülüb və əlavə bərkitmə işləri həyata keçirilir.

Üstəlik, həmin əraziyə nəzarət tədbirləri gücləndirilib və bu kimi halların yenidən olmaması üçün xüsusi tapşırıqlar verilib.

Qanunsuzluğa yol vermiş şəxs barəsində inzibati tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanlarına da müraciət olunub.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...