PDF Oxu

Cəmiyyət

  • 2 890

Son üç ildə BDU-nun Jurnalistika fakültəsinə qəbul sayı 3,4 faiz artıb

image

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin son üç ildə elm və tədris göstəriciləri artıb. 2022-2023-cü tədris ili ilə müqayisədə 2024-2025-ci tədris ilində fakültəyə qəbul olunanların sayı 3,4 faiz artıb, plan yeri 97 faiz dolub.

SİA-nın məlumatına görə, BDU-dan bildirilib ki, fakültədə Türkiyənin Üsküdar Universiteti, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universiteti, Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Jurnalistika kafedrası, Bolqarıstanın Sofiya Universiteti, Rusiyanın Sankt-Peterburq Universitetinin Jurnalistika kafedrası, Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə sıx əməkdaşlıq əlaqələri qurulub. Müxtəlif ölkələrin media mənsubları tərəfindən fakültədə mütəmadi olaraq ustad dərsləri, seminarlar, praktik məşğələlər keçirilir.

Son 5 ildə fakültə əməkdaşları tərəfindən xaricdə dərc olunmuş məqalə sayı 2 dəfə artıb. Ümumilikdə fakültə üzrə 2024-cü il ərzində 62 elmi məqalə, 55 tezis, 2 metodik vəsait, 2 məqalələr toplusu, 2 proqram, 1 kitab, 1 monoqrafiya dərc edilib.

Fakültənin elmi fəaliyyətində seminar və konfranslar da mühüm yer tutur. 2024-cü ildə Bakı Dövlət Universiteti və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının məqsəd və mahiyyəti" mövzusunda dəyirmi masa, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri professor Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş "Azərbaycan televiziyası müstəqillik illərində: əsas inkişaf tendensiyaları" mövzusunda elmi sessiya, görkəmli alim və mətbuat tədqiqatçısı professor Şirməmməd Hüseynovun 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan mediası: tarix və müasirlik" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Ölkənin müxtəlif dövlət və özəl media subyektləri ilə daimi əməkdaşlıq edən Jurnalistika fakültəsində tələbələrin praktik bacarıqlarının artırılması və əmək bazarı üçün yüksəkixtisaslı və peşəkar jurnalist kadrların hazırlanması, günün tələblərinə cavab verən biliklərin öyrədilməsi məqsədilə 2024-cü il ərzində 4 yeni ixtisaslaşmış otağın - Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının xüsusi auditoriyaları, "ARB24" telekanalının "NewsLab" təlim otağı və "Xalq qəzeti"nin debat otaqlarının açılışı olub.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...