PDF Oxu

Cəmiyyət

  • 2 830

Mehriban Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasında olub

image

Martın 6-da Gəncəyə səfər çərçivəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olublar.

SİA yerli mənbələrə istinadən xəbər verir ki Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov Gəncə və ətraf regionlardan olan vətəndaşlara xidmət göstərən Perinatal Mərkəz barədə məlumat verdi.

Qeyd olundu ki, Perinatal Mərkəz ana olmağa hazırlaşan qadınlara, o cümlədən dünyaya yeni göz açan körpələrə yüksəkixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərən tibb müəssisəsidir.

Tibb müəssisəsindəki şəraitlə tanışlıq zamanı Perinatal Mərkəzə Heydər Əliyev Fondu tərəfindən küvəzlər və ultrasəs müayinə aparatı hədiyyə olundu.

Yeni doğulmuş körpələri ziyarət zamanı analara Fondun hədiyyələri də təqdim edildi.

Qeyd edək ki, Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdən biri də səhiyyə sahəsidir. Fondun "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Tibb müəssisələrinin yenidən qurulması və inşası" kimi layihələr, bir çox xeyriyyə aksiyaları səhiyyə sahəsinə mühüm dəstəkdir. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də müasir səhiyyə ocaqları inşa edilir, ən son texnologiyalı tibbi avadanlıqla təchiz olunur.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...