PDF Oxu

Cəmiyyət

  • 3 133

Şəhid hərbi pilot Famil Məmmədlinin xatirəsi yad edilib - FOTO

image

İkinci Fəxri Xiyabanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotu şəhid polkovnik-leytenant Məmmədli Famil Elman oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Müdafiə Nazirliyindən SİA-ya bildiriblər ki, HHQ-nin bir qrup hərbi qulluqçusunun, şəhidin ailə üzvlərinin, həmçinin ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirdə hərbi pilotumuzun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad olunub.

Mərasimdə çıxış edənlər şəhidimizin xatirəsinin hər zaman xalqımızın yaddaşında yaşayacağını və qürurla anılacağını qətiyyətlə vurğulayıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var