PDF Oxu

Cəmiyyət

  • 2 811

Arkadi Qukasyan məhkəmədə etiraf edib ki...

Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb

image

Martın 10-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandırarkən Qarabağda erməni dili ilə bağlı problem olmadığını bildirib. SİA xəbər verir ki, Arkadi Qukasyan Qarabağda məktəbdə rus dilində oxuduğunu, lakin erməni məktəblərinin Azərbaycan və rusdilli məktəblərdən sayca daha çox olduğunu deyib. A.Qukasyan etiraf edib ki, Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 13-də davam etdiriləcək.

Digər xəbərlər

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var