Bu gün Yel çərşənbəsidir. SİA xatırladır ki, Yel çərşənbəsi Novruz bayramının üçüncü çərşənbəsidir.El arasında bu çərşənbə “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınır. Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır.Yazın gəlişini tezləşdirmək üçün Yel babanı nəğmə ilə çağırardılar.
Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də niyyət tutulmasıdır. Belə ki, çərşənbə gecəsi söyüd ağacının altına gedib niyyət edib və Yel babanı çağırardılar. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa deməli diləyin yerinə yetəcək.Yel çərşənbəsinin başqa biri ayinlərindən biri də həmin gün həyətlərdə yelləncəklərin qurulmasıdır. Bir-bir oğul-uşaq, qız-gəlin yelləncəklərdə yellənər.Deyilənə görə, Yel çərşənbəsi ilə əsən külək təzəcə çıxmış otları oyadaraq, Novruzun gəlişini xəbərdar edir.Qeyd edək ki, martın 18-də İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.Yaz fəslinin Azərbaycana gəlməsi isə martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir.Xatırladaq ki, bu il Novruz və Ramazan bayramları ard-arda gəlir. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.Beləliklə, 27-28 mart da istirahət günü hesab ediləcək.29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Martın 30-u və 31-i Ramazan bayramı qeyd olunur.Bununla da martın 20-dən aprelin 1-dək Azərbaycanda qeyri-iş günü hesab olunacaq.
Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...
Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...