PDF Oxu

Cəmiyyət

  • 2 330

Daha 131 hərbi qulluqçu yeni mənzillərlə təmin olunacaq

image

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. SİA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. İclası giriş sözü ilə açan komissiyanın sədri, maliyyə naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib, Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusunun dövlətin mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunduğunu qeyd edib.

Komissiyanın sədri sözügedən Fərmanın icrası olaraq bu günədək dövlət vəsaiti hesabına Azərbaycan Ordusunun 20 il və daha çox qüsursuz xidmət etmiş 4167 nəfər hərbi qulluqçusunun mənzillərlə təmin olunduğunu, bundan sonra da hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi prosesinin davam etdiriləcəyini bildirib.

Komissiyanın iclasında 2024-cü ilin sonunda dövlət vəsaiti hesabına Bakı və Sumqayıt şəhərlərində alınmış tam təmirli mənzillərdən bölüşdürülməmiş qalan 131 mənzilin bölgüsü aparılıb. Belə ki, Müdafiə Nazirliyi tərəfindən növbəsi çatmış hərbi qulluqçular arasında püşkatma yolu ilə müəyyən edilən bölgü Komissiyanın müvafiq qərarı ilə təsdiq olunub.

Qeyd olunub ki, Komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxılır və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçular mənzil növbəsinə əlavə edilir.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...