PDF Oxu

Cəmiyyət

  • 2 743

Cəbrayıl şəhərində 33 ildən sonra Yel Çərşənbəsi tonqalı alovlanıb

image

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Cəbrayıl şəhərində məskunlaşan sakinlər 33 ildən sonra ilk dəfə Yel çərşənbəsi tonqalını öz doğma yurdlarında alovlandırıblar. SİA-nın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl şəhərində məskunlaşan sakinlər Yel çərşənbəsini öz doğma yurdlarında sevinc hissləri ilə qarşılayıblar. Şəhərin mərkəzində alovlandırılan tonqal kənarına toplaşan şəhər sakinləri yallı rəqsi oynayıb və uzun illərdən sonra çərşənbə sevincini bir-biri ilə paylaşıblar. İndi Cəbrayılda məskunlaşan sakinlər Bahar bayramı olan Novruzu da öz ata baba yurdlarında qarşılamaq üçün hazırlıq işləri görürlər. Qeyd edək ki, Böyük Qayıdışın əsas komponentlərindən olan dayanıqlı məskunlaşmanın təmin edilməsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıtmış keçmiş məcburi köçkünlər, dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, həmin ərazilərdə hazırda 40 minə yaxın insan yaşayır və fəaliyyət göstərir.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...