PDF Oxu

Cəmiyyət

  • 3 601

Naxçıvanda təcili tibbi yardım avtomobili qəzaya düşüb

image

Naxçıvanda çağırışa gedən təcili tibbi yardım avtomobili qəza törədib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Babək rayonu ərazisində qeydə alınıb. Belə ki, qəza üçün çağırışa gedən təcili tibbi yardım avtomobili minik "Mercedes" avtomobili ilə toqquşub. Qəza zamanı təcili tibbi yardım avtomobilində olan Babək rayon Zeynəddin kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Fatma Talıb qızı və Badaşqan kənd sakini, 1988-ci il təvəllüdlü Novruzov Namiq Paşa oğlu xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var