PDF Oxu

Cəmiyyət

  • 2 793

Qukasyandan etiraf: Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi

image

Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimin ərazisində Ermənistan dramının dövriyyədə olduğunu etiraf edib. SİA xəbər verir ki, o, əməkhaqlarının da Ermənistan dramı ilə ödənildiyini deyib. "Biz çalışırdıq ki, vahid bir iqtisadi məkan olsun", - deyə o əlavə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 14-də davam etdiriləcək.

Digər xəbərlər

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var