PDF Oxu

Cəmiyyət

  • 3 287

Media nümayəndələri üçün növbəti “Sosial jurnalistika” təlimi keçirilib

image

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün növbəti "Sosial jurnalistika" təlimi təşkil olunub. SİA xəbər verir ki, budəfəki təlim "Ünvanlı dövlət sosial yardımı sahəsində göstərilən xidmətlər" mövzusuna həsr edilib.

Təlimdə iştirak edən 17 media qurumundan jurnalistlərə ünvanlı sosial yardım üçün müraciət qaydaları barədə ətraflı məlumat verilib. Onların "Ünvanlı sosial yardımı kimlər ala bilər?", "Hansı hallarda müraciətə imtina verilir?", "Ehtiyac meyarı nədir və məbləği nə qədərdir?", "Yardım işləməyən şəxslərə təyin edilirmi?", "Nəqliyyat vasitəsi yardımın verilməsində imtinaya səbəb olurmu?" kimi sualları cavablandırılıb.

Mövzunun mənimsənilmə səviyyəsini müəyyənləşdirmək məqsədilə vorkshop təşkil edilib. Sonda iştirakçılara sertifikatlar verilib.

"Sosial jurnalistika" təlimlərinin təşkilində əsas məqsəd media nümayəndələrinin sosial müdafiə sahələrinə dair mövzular üzrə dolğun məlumatlandırılması, bu mövzulara peşəkar yanaşma bacarıqlarının artırılması, sahəvi biliklərinin inkişafı və media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.

Digər xəbərlər

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var