Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan hazırda Azərbaycanda mühakimə olunan Ermənistan Respublikasının vətəndaşı Ruben Vardanyanla bağlı da danışıb. SİA xəbər verir ki, A.Harutyunyan onu çox yaxşı tanıdığını bildirib: "Ruben Vardanyanı 2005-ci ildən tanıyıram. Onunla dəfələrlə görüşmüşəm. Sonuncu görüş 2023-cü ilin avqust, sentyabr, oktyabr aylarında olmalı idi. İki ay yarım - üç ay müddətində "dövlət naziri" olub.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 17-də davam etdiriləcək.
Əzələ toxuması bədən kütləsinin təxminən 40 faizini təşkil edir...
Gündəlik qida rasionunda adi bir əlavə insanın fərqinə varmadan ürək-damar sisteminə zərər verə bilər...