PDF Oxu

Cəmiyyət

  • 3 794

Naxçıvanda şəhid övladları üçün bayram tədbiri keçirilib

image

Martın 17-də Naxçıvan Muxtar Respublikasında yaşayan şəhid övladları üçün Novruz bayramına həsr olunmuş "Yurdumuza bahar gəlir!" adlı tədbir keçirilib.

SİA xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan

Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailələrini Novruz bayramı münasibətilə təbrik edib, Novruzun xalqımızın milli dəyərlərini və ənənələrini yaşadan, yeni başlanğıc, birlik və dirçəliş rəmzi olan mühüm bayramlardan biri olduğunu qeyd edib.

Səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinə hər zaman göstərdiyi yüksək diqqət və qayğıdan danışıb, Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın ailələrinə dövlətimizin sahib çıxıldığını, onların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atdığını bildirib. "Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa edib. Bu gün biz Novruzu qalib xalq kimi qeyd edirik. Qüdrətli Ordumuzun qazandığı şanlı Zəfər sayəsində artıq Qarabağda da bahar çiçəklənir, doğma yurdlarımıza həyat qayıdır," – deyə Fuad Nəcəfli vurğulayıb.

Bugünkü tədbiri də Vətən uğrunda canını qurban verən igidlərimizin əmanətlərinə olan diqqət və qayğı kimi dəyərləndirən "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin sədri şəhid baş leytenant Amin Gülməmmədovun atası Mayis Gülməmmədov tədbir iştirakçılarını, xüsusilə də şəhid övladlarını Novruz bayramı münasibətilə təbrik edib, onlara sağlam, uğurlu və xoşbəxt gələcək arzulayıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının, APF şirkətlər qrupunun və "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid övladlarına hədiyyələr təqdim olunub.

Bayram şənliyində Naxçıvan Dövlət Uşaq Teatrının aktyorları tərəfindən şəhid övladları üçün əyləncəli oyunlar və səhnəciklər nümayiş olunub.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...