PDF Oxu

Cəmiyyət

  • 3 755

Yapon alimləri zamanı geriyə çevirməyin yolunu tapıblar

Yapon bioloqları canlı orqanizmlərin qocalmasından məsul olan zülal kəşf ediblər

image

Yaponiyanın Osaka Universitetinin alimləri qocalma anlayışımızı kökündən dəyişdirə və həyatın aktiv fazasını uzada biləcək bir araşdırma təqdim ediblər. SİA-nın məlumatına görə, onlar yaşla orqanizmdə toplanan və qocalmanı sürətləndirən iltihabi prosesləri təhrik edən qocalmış hüceyrələri tədqiq ediblər.

Mütəxəssislər bu hüceyrələrdə onların dəyişmiş strukturunu dəstəkləyən AP2A1 adlı zülal aşkar ediblər.

Təcrübələr göstərib ki, bu zülalın səviyyəsinin azaldılması köhnə hüceyrələrin məhvinə gətirib çıxarır, onları yenidən bölünməyə və bərpa etməyə məcbur edir.

Tədqiqatın rəhbəri doktor Şinji Dequçi qeyd edib ki, bu mexanizm orqanizmin cavanlaşmasının açarı ola bilər.

Kəşf yaşla bağlı xəstəliklərlə mübarizə, toxumaların bərpası və ömrün əhəmiyyətli dərəcədə uzadılması üçün ümid verir. Alimlər təklif edirlər ki, AP2A1-ə təsir etmək orqanizmin fiziki aşınmasını azaldacaq və uzunmüddətli perspektivdə qocalıq anlayışını aradan qaldıracaq..?

Nazlı Almuradova

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...