Bakının Yeni Yasamal yaşayış massivində minik avtomobili yaşayış binasının inşası üçün qazılan xəndəyə düşüb. Bu barədə SİA-ya Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi 5A ünvanında yaşayan sakinlər məlumat verib.
Onların sözlərinə görə, hadisə martın 27-də günorta saatlarında baş verib:
"Sürücü maşını arxaya verəndə xəndəyin kənarlarında quraşdırılan dəmir torları görmədiyi üçün aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Qəza yerinə gələn təcili tibbi yardım briqadasının həkimləri yaralıya ilkin müdaxilə ediblər".
Həmçinin qeyd olunub ki, xəndək təxminən iki ilə yaxındır qazılıb və bu müddət ərzində orada heç bir tikinti işləri aparılmayıb:
"Bu yaxınlarda ətrafda yaşayan yaşlı sakin də gecə vaxtı xəndəyə yıxılaraq qolunu qırmışdı. Ümumiyyətlə, xəndəyin ətrafında heç bir təhlükəsizlik tədbiri görülməyib. Sadəcə, təzəlikcə xəndəyin ətrafına dəmir torlar çəkilib və qaranlıq düşəndə o da görünmür".
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...