Bayram günlərində muxtar respublika ərazisində meşəbərpa tədbirləri həyata keçirilib.
SİA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təbiətin qorunması və meşə sahələrinin genişləndirilməsi məqsədilə Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsi tərəfindən Nehrəm-Gölaltı Dövlət Meşəsi ərazisində 6 hektar sahədə 2600 ədəd ayland, Xalxal Dövlət Meşəsi ərazisində 3 hektar sahədə 1200 ədəd ayland, qaraağac və alça tingləri salınıb.
Qeyri-iş günlərində Tumbul Dövlət Meşəsi ərazisində 2 hektar sahədə 800, Naxçıvan şəhər Sutəmizləyici Qurğular Kompleksinin ətraf ərazisində 1,5 hektar sahədə 650, Uzunoba Dövlət Meşəsi ərazisində isə 6,5 hektar sahədə 2600 ədəd göyrüş, su anbarının yuxarı hissəsindəki ərazidə 2 hektar sahədə 940 ədəd tut, ərik, göyrüş, badam, alça, qaraağac, Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gedən avtomobil yolunun sağ və sol kənarındakı ərazilərdə 5 hektar sahədə 2050 ədəd badam, göyrüş, ayland, gilənar, Daşarx Meşəsi ərazisində isə 1 hektar sahədə 400 ədəd iydə, tut, söyüd, qovaq və çinar tingləri əkilib.
Ümumilikdə 27 hektar sahədə meşəbərpa işləri həyata keçirilib və 11240 ədəd müxtəlif növ ting əkilib.
Təyyarədə səhv oturacaq seçmək bütün uçuşunuzu poza və özünüzü daha az rahat hiss etməyinizə səbəb ola bilər...
...kəşf niyə “Ölülər legionu” adlandırılıb
Bu, həşəratların zəkası haqqında anlayışımızı dəyişir…