Masallıda 13 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 51 yaşlı İlqar Şahbazov saxlanılıb. Ondan 13 kiloqram heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, İ.Şahbazov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
“Sənətkarlığın arxasında...”
İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...
Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var