Azərbaycanda hava yağmursuz keçib, bəzi yerlərdə duman müşahidə olunur. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 5-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Bəzi rayonlarda qərb küləyi əsib, küləyin sürəti arabir Gəncədə 18 m/s, Sabirabadda 16 m/s, Şəki və Zaqatalada 15 m/s, Mingəçevirdə 14 m/s-yə çatıb.
Abşeron yarımadasının bəzi yerlərində eyni zamanda, Naftalan, Şamaxı, Sabirabad, Kürdəmir, Cəfərxan, Yevlax, Neftçala, Biləsuvar, Altıağac, Qrız və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19, Aran rayonlarında o cümlədən, Naxçıvan MR-da 25, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.
Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...
Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...