PDF Oxu

Cəmiyyət

  • 3 535

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

image

Ötən gün əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti 86 dollar ucuzlaşıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 2,76% azalaraq 3,035.40 ABŞ dollarına enib. Qızılın əvvəlki qiyməti isə 3 125,6 dollar təşkil etmişdi. Qızılın spot qiyməti isə unsiya üzrə 77,1 dollar və ya 2,47% azalaraq 3,038.24 dollara enib.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 8,57% və ya 2,74 dollar azalaraq 29.23 ABŞ dollarına bərabər olub.

Analitiklər hesab edirlər ki, qızılın ucuzlaşmasına əsas səbəb tariflərin ABŞ və Çinin qarşılıqlı tarifləri artırması fonunda qlobal ticarət gərginlikləri və qiymətlərin pik həddə çatmasından sonra bəzi investorların mənfəəti reallaşdırmaq üçün qızıl satışının artırması ilə bağlıdır. Bundan əlavə, qlobal maliyyə bazarlarında genişmiqyaslı satış dalğası fonunda investorlar likvidlik əldə etmək üçün müxtəlif aktivləri, o cümlədən qızıl satışı həyata keçirirlər. Bu isə qiymətlərdə enişə səbəb olur.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...