Azərbaycan Ordusunda xidmət edən psixoloqların bilik və bacarıqlarını, peşəkarlıq səviyyələrini artırmaq, müxtəlif xidmət şəraitlərində daha effektiv fəaliyyət göstərmələrini təmin etmək məqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda psixoloji təlim keçirilir. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Türkiyə Respublikasından dəvət edilmiş psixoloq tərəfindən "Psixologiyanın əsasları", "Obsessiv-kompulsiv pozuntu", "EMDR terapiya", "Mənlik duyğusu" mövzularında iştirakçılara ətraflı məlumat verilir.Təlimdə psixoloji travmalar, onların yaddaşda hansı formalarda qalması, biopolyar pozuntular, uşaqlıq qorxularının aradan qaldırılması metodları, döyüş və ekstremal şəraitdə travma yaşayan hərbi qulluqçuların psixoloji vəziyyətlərinin neyropsixoloji aspektləri və onlara effektiv dəstək yolları, dərin psixoloji problemlərin aradan qaldırılması üsulları və bu üsulların tətbiq mexanizmləri barədə geniş izahlar verilir.Təlim zamanı dinləyicilərin aktiv iştirakı ilə təcrübi çalışmalar yerinə yetirilərək əldə olunan biliklər möhkəmləndirilir.Qeyd edək ki, Azərbaycan Ordusunda xidmət edən psixoloqların təkmilləşdirilməsi məqsədilə keçirilən təlim aprelin 11-dək davam edəcək.
Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...
Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...