Türkiyə Böyük Millət Məclisinin üzvləri Hulusi Akar, Şamil Ayrım, Sayın Bayar Özsoy, Kayseri Talas bələdiyyəsinin sədri Mustafa Yalçın, Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün, hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksək vəzifəli şəxsləri, ali məktəb rektorları, alimlər və sahibkarlardan ibarət nümayəndə heyəti Qarabağa səfər edib.
SİA xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Qarabağ Universitetində olub, təhsil müəssisəsinin kollektivi ilə görüşüb. Rektor Şahin Bayramov ali təhsil ocağının fəaliyyəti, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması ilə bağlı məlumat verib. Türkiyə nümayəndə heyəti tədris prosesini izləyib, müxtəlif auditoriyalarda dərslərin gedişini müşahidə edib, eyni zamanda, tələbələrlə maraqlı fikir mübadiləsi aparıblar.
Səfər Diasporla İş üzrə Dövlət Komitəsinin və Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.
Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...
Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...