PDF Oxu

Cəmiyyət

  • 3 436

Vətəndaşların bank kartlarından 21 min manatdan çox pul oğurlanıb

image

Vətəndaşların bank kartlarından aprelin 18-də 21 min 394 manat oğurlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir:

"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar".

Məlumatda qeyd edilib ki, aprelin 18-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6 min 500, 6 min, 2 min 971, 2 min 850, 1000, 800, 450, 392, 201, 150, 70, 10 manat pul vəsaitləri bank kartlarından oğurlanıb:

"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".

Digər xəbərlər

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...