PDF Oxu

Cəmiyyət

  • 3 280

Böyük Qayıdış: Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb

image

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir. SİA xəbər verir ki, bu çərçivədə Ağdam rayonunun Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanları yola salınıb.ğdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə bu mərhələdə 34 ailə – 141 nəfər, Ballıca kəndinə isə 21 ailə – 83 nəfər köçürülüb. Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.Doğma yurda qayıdan sakinlər onlara göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkürlərini ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, həyata keçirilən bərpa və quruculuq layihələrində çalışan, həmçinin müxtəlif dövlət qurumlarının yerli strukturlarında xidməti vəzifələrini yerinə yetirən şəxslər, səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika sahələrində fəaliyyət göstərən mütəxəssislər daxil olmaqla, ümumilikdə 40 mindən çox insan yaşayır.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...