PDF Oxu

Cəmiyyət

  • 2 806

“NomadMania” səyyah klubunun Xankəndiyə səfəri başlayıb

image

“NomadMania” səyyah klubunun Xankəndi şəhərinə səfəri başlayıb. SİA-nın məlumatına görə, səfər zamanı səyyahlara şəhər haqqında geniş məlumat verilib.Bildirilib ki, ötən əsrin sonlarında ermənilərin Azərbaycana qarşı başladıqları torpaq iddiaları zamanı Xankəndi şəhəri və ətraf kəndlərdə etnik təmizləmə siyasəti aparılıb. Şəhərin azərbaycanlı sakinləri təzyiqlərə məruz qalıb, onlara qarşı fiziki işgəncələr tətbiq edilib.Səyyahlar Xankəndi səfərində Qarabağ Universitetini də ziyarət ediblər. Qonaqlara Qarabağ Universitetinin fəaliyyəti və burada yaradılan təhsil səviyyəsinin beynəlxalq səviyyədə təşkil olunması bildirilib.Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, Club-100 (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri baş tutub.

Digər xəbərlər

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var