PDF Oxu

Cəmiyyət

  • 3 716

“Yüksəliş” müsabiqəsi çərçivəsində beşinci dəfə intellektual yarış keçirilib

image

Aprelin 26-da "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Yüksəliş" müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçıları arasında "Yüksəliş — Beşinci element" adlı intellektual yarış keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə "Yüksəliş" müsabiqəsinin 5 illik fəaliyyətini və əldə olunan nailiyyətləri əks etdirən qısa videoçarx nümayiş olunub. Daha sonra gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirakçılara uğurlar arzulayıb.

Kvizdə ümumilikdə 220 iştirakçı olmaqla 38 komanda iştirak edib. Yarışın yekununda birinci yerə "Əsas element" komandası layiq görülüb. İkinci yerin qalibi "Parlaq zəka", üçüncü yerin sahibi isə "XX Factor" komandaları olub.

Artıq beşinci dəfədir ki, "Yüksəliş" müsabiqəsi tərəfindən keçirilən bu intellektual yarış ənənəyə çevrilib. Qeyd edək ki, keçən ilin qış mövsümündə keçirilən "Yüksəliş" kvizi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə, payız mövsümündə baş tutan "Azərbaycanın Yüksəlişi" intellektual kvizi Müstəqilliyin Bərpası Gününə, bahar mövsümündə keçirilən kviz "Yaşıl dünya naminə həmrəylik ili"nə, inişil baş tutan yarış isə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmişdi.

Sonda qalib komandalar müxtəlif mükafatlar və diplomlarla təltif olunublar.

"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Beşinci "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2024-cü il dekabrın 18-də müvafiq Sərəncam imzalanıb.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...