PDF Oxu

Cəmiyyət

  • 2 681

Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib

image

Müdafiə Nazirliyinin (MN) illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində xüsusi təyinatlı hərbi hissələrin birində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb. Bu barədə SİA-ya MN-dən məlumat verilib.Bildirilib ki, hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, onlara təhlükəsizlik qaydaları çatdırılıb, eləcə də asudə vaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi tədbirlər keçirilib.Təlim mərkəzində keçirilən praktiki məşğələlər zamanı iştirakçılar xüsusi təyinatlı bölmələrin arsenalında olan atıcı silahlar və bəzi hərbi avadanlıqlarla tanış olduqdan sonra onların istifadə qaydalarını öyrənərək məşq edib, eləcə də atıcı silahlardan praktiki atış çalışmalarını yerinə yetiriblər.Sonra tədris proqramına müvafiq olaraq toplanışa cəlb edilmiş heyət ilə taktiki və kəşfiyyat hazırlıqları üzrə məşğələlər keçirilib.Praktiki məşğələlər zamanı iştirakçılar təyin edilmiş əraziyə çıxış, qruplar halında gizlin hərəkət etmə üsulları, düşmən obyektinə yaxınlaşma, pusqunun qurulması və şərti düşmən texnikasının şəxsi heyətlə birgə ələ keçirilməsi, eləcə də digər təlim tapşırıqlarını icra ediblər.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...