PDF Oxu

Cəmiyyət

  • 3 488

Azərbaycan Ordusunun dəniz piyada bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib

image

Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz piyada bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqəsindən cəmləşmə rayonlarına çıxarılıb.Təlimin növbəti mərhələsində dəniz piyadaları hərəkət planına uyğun gizli, sürətli və maskalanaraq hücum xəttinə irəliləmə, şərti düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsi, eləcə də düşmən mövqelərinin tutulması və təminat yollarının nəzarət altına alınması üzrə tapşırıqları icra ediblər.Təlim zamanı, həmçinin bölmənin yerləşdiyi ərazidə komendant xidmətinin və hərəkətli patrul sisteminin təşkili, gecə məşğələlərinin keçirilməsi üzrə fəaliyyətlər də yerinə yetirilib.Dəniz piyadalarının döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Digər xəbərlər

Cadillac, Tesla və BMW-dən müştəriləri cəlb edir...

GM-in lüks brendi elektrikli avtomobillərin satışını sürətlə artırır...

Qəribə varlıqların təsvirləri UFO sənədlərində aşkar edilib...

Havada səssizcə üzə bilən obyektlərə dair dəlillər qeydə alınıb...

Həkim yerişdəki dəyişikliyin hansı xəstəlikləri göstərdiyini izah edib...

Fizioterapiya ilə reabilitasiya koordinasiyanı tam bərpa etməyə kömək edəcək...

İndoneziya okeanında ilk dəfə nadir bir məxluq lentə alınıb…

Bir YouTuber təsadüfən sensasiyalı bir kəşf etdi…

1200 at gücündə model demək olar ki, hazırdır…

Red Bull-un hiperkarı Formula 1 avtomobilindən daha yaxşı performans göstərəcəyinə söz verir…

Diabet xəstələrinə kömək etmək üçün gözlənilməz bir yol tapılıb…

Məlum olub ki, müntəzəm işıqlandırma maddələr mübadiləsinə düşündüyümüzdən daha çox təsir göstərə bilər…

Alzheimer xəstəliyinin yavaşladılması üçün metod kəşf edilib...

Qida qəbuluna nəzarət etmək idrak qabiliyyətlərinə təsir göstərir...