Azərbaycan Milli Kitabxanasında 9 May - Faşizm üzərində Qələbə günü ilə əlaqədar "Faşizm üzərində Qələbə (1941-1945)" adlı elektron məlumat bazası, "9 May - Faşizm üzərində Qələbə günüdür" adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub. SİA xəbər verir ki, kitabxanadan bildirilib ki, elektron məlumat bazasında "Rəsmi sənədlər", "Müharibə haqqında sitatlar", "İkinci Dünya müharibəsi - xülasə", "Xatirələr, məktublar", "Nəşrlər" və bir sıra materiallar nümayiş olunur.
Virtual sərgidə isə mövzu ilə bağlı nəşr olunmuş kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar, fotolar nümayiş etdirilir.
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...