PDF Oxu

Cəmiyyət

  • 3 257

Məhkəmə-Hüquq Şurasının iclasında intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılıb

image

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib, intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılıb. Bu barədə SİA-ya Məhkəmə-Hüquq Şurasından məlumat verilib.Bildirilib ki, iclasda hakim vəzifəsinə namizədlərin seçim prosesinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanan layihə ətrafında fikir mübadiləsi aparılıb.Eyni zamanda “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın yenidən işlənilmiş layihəsi müzakirə edilib. Daha sonra Hakimlərin Seçki Komitəsinə yeni üzv seçilməsi məsələsinə baxılıb.İclasda həmçinin görülmüş işlər, qarşıda duran vəzifələr diqqətə çatdırılıb, məhkəmə fəaliyyətinə dair məruzələr dinlənilib, intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.Sonda təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiklərinə görə fəxri fərmanla təltif ediliblər.

Digər xəbərlər

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var