PDF Oxu

Cəmiyyət

  • 3 933

Bakıda növbəti Autizm Festivalı keçiriləcək

image

Mayın 17-də Bakıda Azərbaycan Autizm Assosiasiyasının “Sea Breeze”lə tərəfdaşlıq çərçivəsində təşkil etdiyi V Autizm Festivalı baş tutacaq. SİA xəbər verir ki, tədbir saat 10:00-dan 18:00-dək Nigar Rəfibəyli küçəsində yerləşən Fəvvarələr meydanında keçiriləcək. Təşkilatçıların bildirdiyinə görə, festivalın məqsədi autizmli insanların sosial inteqrasiyasına dəstək vermək, onların yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək və cəmiyyətin autizm spektr pozuntusu (ASP) barədə məlumatlılığını artırmaqdır.Festival proqramına təntənəli açılış mərasimi, konsert, xüsusi bacarıqlı uşaqların əl işlərindən ibarət sərgi, müxtəlif yaradıcılıq və təlim sahələri üzrə tematik zonalar, reabilitasiya və təhsil müəssisələrinin layihələrinin təqdimatları daxildir.Festivalın geniş auditoriyasını dövlət qurumlarının nümayəndələri, sahibkarlar, ictimai xadimlər, bloqerlər, həmçinin ASP-li uşaqlar və gənclər, onların ailələri təşkil edəcək.Azərbaycan Autizm Assosiasiyası autizmli şəxslərin dəstəklənməsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində səylərin koordinasiyası məqsədilə yaradılmış bir birlikdir.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...