PDF Oxu

Cəmiyyət

  • 4 442

Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib

image

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri və hərbi hissələrində silahların, döyüş və xüsusi texnikaların, eləcə də aviasiya vasitələrinin yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi üzrə kompleks tədbirlər keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, hərbi hissələrin texniki xidmət məntəqələrində silahların və texnikaların yaz-yay mövsümündə fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla yanacaq-sürtkü materialları dəyişdirilib, elektrik sistemlərinin vəziyyəti yoxlanılıb və onlara mövsümi qulluq göstərilib.Keçirilən tədbirlər çərçivəsində hərbi hissələr mərkəzləşdirilmiş qaydada zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib.Qeyd edək ki, silahların və texnikaların yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi ilə əlaqədar bölmələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması üçün planlaşdırılmış bütün tədbirlər təhlükəsizlik qaydalarına uyğun həyata keçirilib.

Digər xəbərlər

Cadillac, Tesla və BMW-dən müştəriləri cəlb edir...

GM-in lüks brendi elektrikli avtomobillərin satışını sürətlə artırır...

Qəribə varlıqların təsvirləri UFO sənədlərində aşkar edilib...

Havada səssizcə üzə bilən obyektlərə dair dəlillər qeydə alınıb...

Həkim yerişdəki dəyişikliyin hansı xəstəlikləri göstərdiyini izah edib...

Fizioterapiya ilə reabilitasiya koordinasiyanı tam bərpa etməyə kömək edəcək...

İndoneziya okeanında ilk dəfə nadir bir məxluq lentə alınıb…

Bir YouTuber təsadüfən sensasiyalı bir kəşf etdi…

1200 at gücündə model demək olar ki, hazırdır…

Red Bull-un hiperkarı Formula 1 avtomobilindən daha yaxşı performans göstərəcəyinə söz verir…

Diabet xəstələrinə kömək etmək üçün gözlənilməz bir yol tapılıb…

Məlum olub ki, müntəzəm işıqlandırma maddələr mübadiləsinə düşündüyümüzdən daha çox təsir göstərə bilər…

Alzheimer xəstəliyinin yavaşladılması üçün metod kəşf edilib...

Qida qəbuluna nəzarət etmək idrak qabiliyyətlərinə təsir göstərir...