PDF Oxu

Dünya

  • 3 146

Cənubi Koreya raket hazırlayır

image

Koreya Respublikası yeraltı istehkamları vura bilən yeni raketin hazırlanmasına 218 milyon dollar (370,6 milyon manat) sərmayə qoymağı planlaşdırır. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Müdafiə Tədarükü Proqramları İdarəsi (DAPA) xəbər verir.Verilən məlumata görə, yeni raket məsafə və nüfuzetmə qabiliyyəti kimi əsas göstəricilərə görə mövcud oxşar silah sistemini üstələyəcək. DAPA yeni silahın texniki xüsusiyyətləri barədə təfərrüatlı məlumat verməyib, lakin onun uçuş məsafəsinin 180 km-dən 300 km-ə qədər artacağı gözlənilir. Raketin təkmilləşdirilmiş versiyası mobil buraxılış qurğularında yerləşəcək.Qeyd olunur ki, yeni sursat tunellərdə və bunkerlərdə gizlənmiş hədəflərə yüksək dəqiqliklə zərbələr endirməyə imkan verəcək.2027-ci ildə başa çatdırılması planlaşdırılan layihədə Cənubi Koreyanın aparıcı müdafiə şirkətləri iştirak edir. DAPA işlərin gedişinə nəzarət edəcək.Bu ilin əvvəlində departament 1,17 milyard dollar (1,989 milyard manat) ayrılan Koreyanın "Yer-yer" taktiki raketinin (KTSSM) təkmilləşdirilmiş versiyasının hazırlanması proqramının başlandığını elan edib. Onun yaradılmasının 2032-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Digər xəbərlər

Kremldə isteriya baş qaldırıb...

Putin vəziyyəti daha da ağırlaşdırır...

Svitan Rusiyanın NATO-ya hücumu üçün mümkün ssenarini təsvir etdi

Hərbi ekspert eskalasiyanın üç-dörd mərhələsini müəyyən etdi...

Putinin “ölü əli”: Rusiya nüvə cavab zərbə sistemini canlandırdı

Ural dağlarında “Obyekt 1335” kimi tanınan gizli yeraltı hərbi kompleks genişləndirilib...

“Belarusdakı dəyişikliklər Rusiyanın məğlubiyyətinin açarı ola bilər”

Tarixçi Avropanın gələcək təhlükəsizliyi üçün üç şərt müəyyən etdi...

Ukraynalılar argentinalı muzdlunu əsir götürüb

Argentinalı “nayomnik” Liman yaxınlığında döyüşürmüş...

Putinə əsas zərbə ordudan gəlməyə bilər...

Kremlin reallığa qarşı müharibəsi məhvə məhkumdur...