Litva və Polşa hərbçiləri NATO müttəfiqlərinin iştirakı ilə Suvalki dəhlizi adlanan ərazidə təlimlər keçirir. SİA xəbər verir ki, bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb.
Təlimlərdə Samogitiya motoatıcı briqadası və müttəfiq birləşmələrdən 1,5 min hərbi qulluqçu, həmçinin 200-ə yaxın hərbi texnika iştirak edir.
Təlimlərə ABŞ və Portuqaliya hərbçiləri də qatılacaq.
Aprelin 26-dək davam edəcək manevrlərdə NATO müttəfiqlərinin bölmələri müdafiə xarakterli hərbi əməliyyatların planlaşdırılması və idarə edilməsi üzrə briqada səviyyəli qərargahlara təlim keçəcək.
Qeyd edək ki, Suvalki dəhlizi Rusiyanın Kalininqrad vilayəti və Belarusun Qrodno vilayəti ilə bitişik, uzunluğu təxminən 64 km olan Litva-Polşa sərhədinin strateji əhəmiyyətli hissəsidir. Dəhliz bağlansa, Litva Qərbi NATO tərəfdaşlarından təcrid olunacaq.
Ruslar Ukraynanın ödəməli olduğu təzminatın məbləğini açıqlayıblar...
Bəli, onlar müsəlmandırlar, lakin onlar həm də Amerika məktəblərinin, universitetlərinin və sosial mühitlərinin məhsuludurlar...
Ukrayna və Avropa bir yerdə olmalıdır...
ABŞ və müttəfiqləri növbəti nəsil müharibələrinə yanaşmalarını yenidən nəzərdən keçirirlər...
Rus generalları Ukrayna kəndlərini ələ keçirmək üçün sui-qəsd hazırlayırlar...
Bəyanat rəsmilərlə görüşdə verilib...
Putin vəziyyəti daha da ağırlaşdırır...
Hərbi ekspert eskalasiyanın üç-dörd mərhələsini müəyyən etdi...