PDF Oxu

Dünya

  • 4 232

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri üçün Azərbaycana gətirilib - FOTOLAR

image

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə bu gün daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində yerləşən düşərgədə uşaqlar üçün milli rəqs dərsləri və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil ediləcək.

Daha sonra uşaqlar Bakı şəhərinə qısa tanışlıq turuna cəlb ediləcəklər. Onlar İçərişəhər və Şirvanşahlar saray kompleksi, həmçinin Qız Qalası, dənizkənarı bulvar, Atəşgah məbədi, Yanardağ abidəsi ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı qazanacaqlar.

Növbəti günlərdə onların Bakı və bölgələrdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunması nəzərdə tutulur.

Düşərgə iştirakçıları Qəbələ və Şəki şəhərlərinin tarixi və görməli yerləri ilə də tanış ediləcək. 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstəriləcək.

Qeyd edək ki, bundan əvvəlki 4 qrupla birlikdə ümumilikdə 150-ə yaxın ukraynalı uşaq Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

Digər xəbərlər

Ruslar hər atəşin qiymətini görməlidirlər...

Müharibə hər qırılmış boruda görünən olmalıdır...

“Burada əslində nə baş verdiyini bilmirdim...”

Çinli jurnalist həqiqəti tapmaq üçün Donbasa gəlib...

Rusiya yeni “Ciddi Strateji Hərbi Əməliyyat” elan etdi

Moskva açıq şəkildə yeni bir işğal və raket hücumları ilə hədələyir...

İordaniya İsrailə qarşı ritorikanı sərtləşdirir

Ammanın hesablamalarında nə dəyişib? Əmman İsrail siyasətinə yalnız İsrail-Fələstin münaqişəsində bir məsələ kimi deyil, həm də...

Seçkilərdən sonra Kreml rusların ciblərinə əl atır..?

Rusiya Maliyyə Nazirliyi eyni anda bir neçə sahədə vergi artımları hazırlayır...

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Abidə həqiqətən də hərbi bir qurğuya çevriləcək...

Bunu bilmək təhlükəli illüziyaları dağıdır

Portnikov Putinin Ukrayna müharibəsi üçün əsl məqsədlərini açıqladı...

NI: Rusiya Hərbi Dəniz Qüvvələrinin sirləri Ukraynanın əlinə keçib

Faylların bəziləri "məxfi" və "tam məxfi" kimi təsnif edilib...

Putin öz bunkerinə göz dikəcək

Və xalq hər şeylə razılaşacaq...

“Ukraynalı əsirləri Kim Çen Ina təhvil versək necə olar?”

Zelenski əsir götürülmüş Şimali Koreyalıları... düşmənləri Cənubi Koreyaya təhvil verib..?