...Hollandiyanın Azadlıq Partiyasının lideri Qert Vilders X (Twitter) səhifəsində prezident Rəcəb Tayyib Ərdoğanın İsrailə qoşun göndərilməsi ilə bağlı sözlərinə görə, Türkiyənin NATO-dan çıxarılmasına çağırıb.
Xatırladaq ki, iyulun 28-də Ərdoğan Türkiyəni İsrailə girə biləcəyi ilə hədələyib. Bu sözləri şərh edən Vilders Türkiyə prezidentinin "tamamilə dəli olduğunu" deyib. "Türkiyə NATO-dan çıxarılmalıdır", - deyə siyasətçi qeyd edib.
SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə 1952-ci ildə Şimali Atlantika Alyansına üzv olub.
İsrailin xarici işlər naziri İsrael Katz İsrailə mümkün qoşun yeridilməsi barədə danışdıqdan sonra Ərdoğanı İraq lideri Səddam Hüseynlə müqayisə edib.
Xatırladaq ki, Səddam Hüseyn 1979-cu ildən 2003-cü ilə qədər onun rejimi devrildiyi zaman İraqın rəhbəri olub. O, fələstinliləri dəstəkləyirdi və İsrailə qarşı mənfi münasibət bəsləyirdi.
Əli Babayev
Ruslar Ukraynanın ödəməli olduğu təzminatın məbləğini açıqlayıblar...
Bəli, onlar müsəlmandırlar, lakin onlar həm də Amerika məktəblərinin, universitetlərinin və sosial mühitlərinin məhsuludurlar...
Ukrayna və Avropa bir yerdə olmalıdır...
ABŞ və müttəfiqləri növbəti nəsil müharibələrinə yanaşmalarını yenidən nəzərdən keçirirlər...
Rus generalları Ukrayna kəndlərini ələ keçirmək üçün sui-qəsd hazırlayırlar...
Bəyanat rəsmilərlə görüşdə verilib...
Putin vəziyyəti daha da ağırlaşdırır...
Hərbi ekspert eskalasiyanın üç-dörd mərhələsini müəyyən etdi...