Avropa İttifaqı Şurası (Aİ) Belarusda insan hüquqlarının pozulmasında iştirakına görə daha 28 nəfərə qarşı sanksiya tətbiq edib. Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Belarus Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin (HUBAZiK) iki rəis müavini barəsində qətimkan tədbiri seçilib.
"HUBAZİK Belarusda siyasi təqiblərə, o cümlədən fəallara, vətəndaş cəmiyyəti üzvlərinə qarşı özbaşına və qeyri-qanuni həbslər, pis rəftar, o cümlədən işgəncələr üçün cavabdeh olan əsas orqanlardan biridir. Bugünkü siyahıda 2020-ci ildə keçirilən prezident seçkilərinə etiraz edən və hakimiyyətə qarşı fikirlərini səsləndirən vətəndaşlara siyasi motivli hökmlər çıxaran prokurorlar və çoxsaylı hakimlər də var. Bundan başqa, müxtəlif islah müəssisələrinin (həbsxanalar və istintaq təcridxanası) rəhbərlərinə də qətimkan tədbiri seçilib",- məlumatda qeyd olunub.
Diqqətə çatdırılıb ki, məhdudlaşdırıcı tədbirlərin tətbiq edildiyi şəxslər arasında Belarus Teleqraf Agentliyinin (BELTA) baş direktoru İrina Akuloviç də yer alıb: "Ölkənin "СТВ" televiziya kanalında yayımlanan “Senat” proqramının aparıcısı və Belarus Milli Assambleyası yanında Gənclər Şurasının sədri Mikita Raçıloyski, BELTA-nın keçmiş baş direktoru Dzmitry Zhuka qarşı da məhdudlaşdırıcı tədbir tətbiq olunub".
Mətləb Salahov
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...
İranda inflyasiya 85 faizə çatıb. Rejimin iqtisadiyyatı çökmə nöqtəsindədir
Neft emalı zavodlarına endirilən zərbələr Kremlə qarşı ağrılı təzyiq vasitəsi olaraq qalır...
Pekin Rusiyanın vəba ilə bağlı məlumatları gizlətməsindən qorxur...
Kreml Kamilə Vəliyevanın beynəlxalq turnirlərdən kənarlaşdırılması ilə bağlı şərh verib...
Hərbi ekspert Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli zərbələrinin əhəmiyyətini izah etdi...